“Atamla Messini ancaq futboldan anlamayanlar müqayisə edirlər” – Maradonanın oğlu

Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın oğlu milli komandanın dünya çempionatının ilk oyununda Səudiyyə Ərəbistanına məğlubiyyətinə (1:2) münasibət bildirib.

Komanda.az xəbər verir ki, mərhum atasının adını daşıyan Dieqo, millinin məğlubiyyətini böyük şok kimi dəyərləndirib.

O, atasının Argentina millisinin lideri Lionel Messi ilə müqayisə olunması haqda da danışıb:

“Atamla Messini ancaq futboldan anlamayanlar müqayisə edirlər. Söhbət iki fərqli planetdən gedir, amma mən Messiyə dərhal nöqtə qoymaq istəmirəm. Bu məğlubiyyətdən məyus oldum. Bütün bunların baş verdiyinə inanmaq çətindir. Səudiyyə Ərəbistanına uduzmaq dəlilikdir. Lakin futbolda elə olur ki, hətta daha zəif rəqiblərə də uduzursan”.

Argentina millisi DÇ-2022-nin qrup mərhələsində növbəti oyununu noyabrın 26-da Meksikaya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button