
Asensio klubunu dəyişmək fikrində deyil
Müdafiəçi Raul Asensio “Real”dan ayrılmaq istəmir.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu Madrid klubundakı hazırkı vəziyyətini dəyişdirmək niyyətindədir. O, rəhbərliyə komandaya olan sadiqliyini açıq şəkildə bildirib.
Asensio “Real”ın yetirməsidir. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 30 iyun 2031-ci ilə qədərdir. 23 yaşlı müdafiəçi son mövsümdə bütün yarışlarda 34 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



