
Arveladze istefaya göndərildi
Türkiyənin “Kasımpaşa” klubu baş məşqçisi Şota Arveladze ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Gürcüstanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Uğursuz mövsüm keçirən komanda Super Liqada 14 turdan sonra 13 xalla 14-cü pillədə qərarlaşıb.
Arveladze bu ilin iyun ayında “Kasımpaşa”nın baş məşqçisi təyin edilmişdi. Onunla bir illik müqavilə imzalanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



