Arteta “Mançester Yunayted”in keçmiş futbolçusunu yanına aparmaq istəyir

“Mançester Yunayted”in keçmiş futbolçusu Qabriel Hayntse Mikel Artetanın “Arsenal”dakı məşqçilər korpusuna qoşula bilər.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis növbəti mövsüm başlamazdan əvvəl məşqçilər korpusuna qoşulmaq üçün Arteta ilə danışıqlar aparıb.

Hayntse 2007-ci ildə “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasının qalibi olub. O, bundan sonra “Real”a transfer olunmuşdu.

Hayntse karyerası ərzində PSJ, “Roma” və “Marsel” kimi komandalarda da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button