“Arsenal”ın futbolçusu rəsmən “Yuventus”da

İtaliya çempionu “Yuventus” “Arsenal”ın futbolçusu Aaron Remzini transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

Lakin uelsi yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti və detalları açıqlanmayıb. Amma İtaliya mətbuatı tərəflərin 4 illik anlaşmaya imza atdığını yazıb. Remzi özü isə həftəsinə 400 min (4 ilə 84 milyon) funt-sterlinq qazanacaq. O, bununla ən çox qazanan britaniyalı futbolçuya çevriləcək.

Remzi bu il iyulun 1-də – “Arsenal”la müqaviləsi başa çatdıqdan sonra “Yuventus”un futbolçusu olacaq.

Qeyd edək ki, 2008-ci ildən London klubunda çıxış edən 28 yaşlı futbolçu 11 il ərzində “Arsenal”da 259 oyuna çıxıb, 61 qol vurub.