“Arsenal”dan futbolçusuna yeni müqavilə təklifi

“Arsenal” yarımmüdafiəçisi Martin Odeqarla müqaviləni uzatmaq üzərində işləməyə davam edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu norveçli futbolçuya 2028-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə təklif edib.

24 yaşlı futbolçu 2021-ci ilin avqustunda “Real”dan “Arsenal”a keçib. Onun transfer məbləği 35 milyon avro olub. Futbolçunun klubla hazırki müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Odeqard bu mövsüm dörd oyun keçirib və iki qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button