“Arsenal”dan 17 milyonluq transfer

İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, London təmsilçisi Belçika “Anderlext”inin yarımmüdafiəçisi Albert Sambi Lokonqanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikalı futbolçu yeni klubu ilə uzun müddətli müqaviləyə imza atıb. Amma “topçular” müqavilənin müddətini və digər detallarını açıqlamayıb. Yarımmüdafiəçi yeni komandasında “23” nömrəli formanı geyinəcək.

İngiltərə mətbuatının iddiasına görə, “Arsenal” bu keçidə görə “Anderlext”ə 17.2 milyon funt-sterlinq ödəyəcək.

Lokonqa “Anderlext”in öz yetirməsidir. O, 2017-ci ildən bu klubun əsas komandasında forma geyinirdi.