“Çelsi” xal itirdi, MY “Arsenal”a uduzdu, “Liverpul” qalib gəldi

İngiltərə Premyer Liqasında 30-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.

Lider “Mançester Siti” bu turda “Uotford”u sınağa çəkib və növbəti qələbəsini qazanmaqla zirvədəki mövqeyini möhkəmləndirib. “Tottenhem” isə səfərdə “Sauthempton”a uduzub.

“Kardiff Siti” “Vest Hem”i, “Lester” “Fulhem”i, “Nyukasl” “Everton”u məğlub yola salıb. “Kristal Pelas”la “Haddersfild” isə doğma meydanda müvafiq olaraq, “Brayton” və “Bornmut”a məğlub olub.

“Çelsi” “Vulverhempton”la, “Liverpul” isə “Bernli” ilə üz-üzə gəlib. Londonda heç-heçə qeydə alınıbsa, “Liverpul” çətinliklə də olsa, qələbə qazanıb.

30-cu turun mərkəzi görüşü Londonda keçirilib. “Arsenal” doğma azarkeşləri önündə “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirib. “Qırmızı şeytanlar” bu oyundan məğlubiyyətlə ayrılıblar.

İngiltərə Premyer Liqası, 30-cu tur

9 mart

Kristal Pelas – Brayton 1:2
Qol: Milivoyeviç, 50-pen – Murrey, 19. Nokar, 74.

Kardiff Siti – Vest Hem 2:0
Qol: Hoylet, 4. Kamarasa, 52.

Lester – Fulhem 3:1
Qol: Tilemans, 21. Vardi, 78; 86 – Ayite, 51.

Nyukasl – Everton 3:2
Qol: Rondon, 65. A.Peres, 81; 84 – Levin, 18. Riçarlison, 32.

Sauthempton – Tottenhem 2:1
Qol: Valeri, 76. Uord-Prouz, 81 – H.Keyn, 26.

Haddersfild – Bornmut 0:2
Qol: Vilson, 20. Freyzer, 67.

Mançester Siti – Uotford 3:1
Qol: Sterlinq, 46; 50; 59 – Deulofeu, 66.

10 mart

Liverpul – Bernli 4:2
Qol: Firmino, 19; 67. Mane, 29; 90 – Vestvud, 6. Qudmundsson, 90.

Çelsi – Vulverhempton 1:1
Qol: Hazard, 90 – R.Ximenes, 56.

Arsenal – Mançester Yunayted 2:0
Qol: Caka, 12. Obameyanq, 69-pen.

Bombardir: Serxio Aquero (Mançester Siti) – 18 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button