“Arsenal”ın transfer siyahısında olan hücumçular

“Arsenal” klubu transfer siyahısına daha bir neçə hücumçu əlavə edib.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, klub rəhbərliyi Aleksandr İsak (“Nyukasl”), Duşan Vlahoviç (“Yuventus”) və Maykl Olizin (“Kristal Pelas”) namizədliyini nəzərdən keçirir.

Bundan əvvəl London klubunun “Napoli”dən Viktor Osimhen və “Sportinq”də çıxış edən Viktor Gyökereslə də maraqlandığı bildirilirdi.

“Arsenal” İngiltərə çempionatının 32 turundan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Mikel Artetanın yetirmələri növbəti turda səfərdə “Vulverhempton”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button