“Arsenal”ın yeni hədəfi – Niderlandlı qapıçı

“Arsenal” klubu ehtiyat qapıçısı Aaron Ramsdeyli əvəz edəcək futbolçunu tapıb. 

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, “topçular” Niderlandın “Feyenoord” klubunun qapıçısı Kastin Beyloya göz dikib. 

“Arsenal” yaxın vaxtlarda 26 yaşlı niderlandlı futbolçunun transferi üzərində işə başlamaq niyyətindədir.

Ramsdeyl oynamaq şansı qazanmadığı üçün yay transfer pəncərəsində komandasını tərk etmək istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button