Qnabri Premyer Liqaya qayıda bilər

“Bayern”in futbolçusu Serj Qnabri yay transfer pəncərəsində İngiltərə Premyer Liqasına qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun xidmətində əsas maraqlı tərəf “Arsenal”dır.

London klubu 29 yaşlı oyunçunu yenidən heyətinə qatmaq niyyətindədir. O, 2011–2016-cı illərdə “Arsenal”ın formasını geyinib və bu müddətdə əsas komandada 18 oyuna çıxıb.

2017-ci ildən “Bayern”də çıxış edən Qnabrinin klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir. O, cari mövsümdə 37 oyunda iştirak edib, 10 qol vurub və 11 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button