İngiltərə klubu Arda Gülər üçün tələsmir

“Arsenal”ın qış transfer pəncərəsində “Real”ın yarımmüdafiəçisi Arda Gülər üçün rəsmi təkliflə çıxış etməsi az ehtimal olunur.

Komanda.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

“Topçular” türkiyəli futbolçuya marağı qoruyub saxlayır, ancaq onun transferi ilə bağlı ciddi addımların yalnız yay transfer dövründə atılması planlaşdırılır. Bununla belə, yanvarda gözlənilməz hadisə baş verərsə, “Arsenal”ın razılaşmaya cəhd etməsi də istisna olunmur.

Türkiyə mətbuatı Arda Gülərin yaxın zamanda “Real”dan ayrılmaq niyyətində olmadığını yazır. Madrid klubunda qalmağa üstünlük verən 20 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 30 oyunda meydana çıxıb, 3 qol vurub və 10 məhsuldar ötürmə verib.

Ardanın gələcəyi ilə bağlı əsas qərarların mövsümün sonunda verilməsi daha real görünür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button