“Arsenal” MLS klubunun qapıçısını transfer etmək istəyir

“Arsenal” “Kolumbus Kreu” klubunun qapıçısı Patrik Şulte ilə maraqlanır.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, London klubu yayda komandanı tərk edə biləcək Aaron Ramsdeylə əvəzedici axtarır. 23 yaşlı Şulte Ramsdeylin yerinə “çərçivə”də əsas namizəd sayılır.

Şulte ABŞ klubu ilə MLS-in bu mövsümündə 3 oyun keçirib. O, bu oyunlarda 2 qol buraxıb və 1 dəfə qapısını toxunulmaz saxlayıb. Onun “Kolumbus Kreu” ilə müqaviləsi 2024-cü ilin dekabr ayının sonuna qədərdir.

“Arsenal” İngiltərə Premyer Liqasında 28 turdan sonra 64 xalla 1-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button