“Arsenal” 90 milyon avroluq futbolçudan imtina etdi

İngiltərənin “Arsenal” klubunun “Kristal Pelas”ın futbolçusu Vilfrid Zahanı transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu üçün “Kristal Pelas”a 45 milyon avro təklif edən London təmsilçisi, bu transferdən imtina edib. Buna səbəb isə qarşı tərəfin 90 milyon avro tələb etməsi olub. “Arsenal”ın təzminat məsələsində “Kristal Pelas”la danışıqlar aparsa da, bunun nəticəsiz qaldığı və artıq “topçular”ın bu transferdən imtina etdiyi bildirilir.

Zaha “Kristal Pelas”ın heyətində son mövsümdə keçirdiyi 36 oyunda 10 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button