
Argentinalı futbolçu “Liverpul”dan ayrılmaq istəyir
Aleksis Makallister mövsümün sonunda “Liverpul”dan ayrılmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə “fichajes.net” məlumat yayıb.
Argentinalı yarımmüdafiəçi klub rəhbərliyinə transfer məsələsi ilə bağlı müraciət edib. Bildirilir ki, o, karyerasında yeni çağırış axtarır və başqa çempionatda özünü sınamaq istəyir.
25 yaşlı futbolçunun adı əvvəllər PSJ və “Real” kimi klublarla hallanırdı.
Makallisterin “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, bu mövsüm İngiltərə Premyer Liqasında 28 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



