
“Real” uduzdu, Arda emosiyalarını cilovlaya bilmədi
“Real”ın yarımmüdafiəçisi Arda Gülər İspaniya superkubokunun “Barselona”ya qarşı final oyunundan (2:3) sonra emosiyalarını cilovlaya bilməyib.
20 yaşlı futbolçu matçın 68-ci dəqiqəsində Federiko Valverdenin əvəzinə meydana daxil olub. Onun komandası 5 dəqiqə sonra, 73-cü dəqiqədə üçüncü qolu buraxıb və bu qol kataloniyalılara qələbə gətirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, final fitindən dərhal sonra “Barselona”nın futbolçuları qələbəni qeyd etməyə qaçarkən, Gülər əsəbindən yan xətdən bir neçə metr aralıda olan su butulkasını təpiklə vurub. Tarazlığını itirən türk futbolçu sürüşərək yerə yıxılıb. Həmin epizod televiziya kameralarına düşüb.
“Real” ötən mövsümdən bəri “Barselona”ya qarşı ardıcıl üçüncü final məğlubiyyətini yaşayıb.
Bizi Facebook-da izləyin



