“Araz-Naxçıvan”ın iki legioneri milli komandaya dəvət alıb

“Araz-Naxçıvan”ın iki legioner futbolçusu ölkələrinin milli komandalarına dəvət alıb.

Naxçıvan klubundan Komanda.az-a verilən məlumata görə, bunlar Kristian Avram və Felipe Santosdur.

Avram Moldova millisinin martın 26-da Zimbru stadionunda Litva, 30-da isə Nikosiyada Kiprlə keçirəcəyi görüşlərdə baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa bilərcək.

Santos isə martın 23-dən 31-dək Benin millisinin düşərgəsində olacaq. O, martın 27-də Fələstin, 31-də isə Qvineya yığması ilə keçiriləcək qarşılaşmalar üçün dəvət alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button