
“Araz-Naxçıvan” 21-ci oldu
Azərbaycan Premyer Liqasının 17-ci turunun ilk günü daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.
Komanda.az xəbər verir ki, ukraynalı Andrey Demçenko “Araz-Naxçıvan”ı “İmişli” ilə səfər görüşünə çıxarıb.
Debütantın komandası məhsuldar heç-heçəyə imza atıb – 2:2.
Demçenko Premyer Liqada cari mövsümdə debüt edən 5-ci əcnəbi mütəxəssisdir. Saşa İliç (“Sumqayıt”) və Jorj Kaşkilya (“İmişli”) 1-ci, Valdas Dambrauskas (“Sabah”) 2-ci, Yuri Vernidub (“Neftçi”) 15-ci turda debüt edib.
Bununla da Azərbaycan çempionatlarının yüksək liqasında baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 70-ə çatıb. Demçenko Premyer Liqa tarixində 11-ci ukraynalı baş məşqçi olub.
O, “Araz-Naxçıvan”ın tarixində ilk legioner çalışdırıcısı olub. Naxçıvan təmsilçisi Premyer Liqada əcnəbi mütəxəssisə güvənən 21-ci komandadır. Bunadək 20 klubda əcnəbi baş məşqçi çalışmışdı.
Bizi Facebook-da izləyin



