
“Araz-Naçxıvan”ın sabiq futbolçusu “Mingəçevir”ə keçdi
“Sumqayıt” və “Araz-Naçxıvan”ın sabiq futbolçusu Qabil Əlizadə 1-ci Liqa təmsilçisi “Mingəçevir”ə keçib.
Bu barədə Komanda.az-a Mingəçevir təmsilçisindən məlumat verilib.
Yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər razılıq əldə olunub.
Qabil Əlizadə karyerası ərzində “Karvan-Yevlax”, “Sumqayıt” və “Araz-Naxçıvan” kimi klubların formasını geyinib.
“Mingəçevir” hazırda turnir cədvəlində 21 xalla 4-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



