“Aqueronun vəziyyəti yaxşı görünmür” – Qvardiola

İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində “Bernli”yə 5:0 hesabı ilə qalib gələn “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola oyundan sonra açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, oyunla bağlı fikirlərini bölüşən ispan mütəxəssis, qarşılaşmann gedişində zədələnərək əvəzlənən Serxio Aqueronun vəziyyəti ilə bağlı da danışıb:

“Həqiqətən çox yaxşı oynadıq. Xüsusilə, oyunun əvvəlində yaxşı oyun göstərdik.

Aqueronun vəziyyəti yaxşı görünmür. Onun keçən ay dizində problem vardı, indi də dizində ağrı hiss etdi. Vəziyyətinin necə olduğunu həkim müayinəsindən sonra dəqiq biləcəyik, amma indi o, yaxşı görünmür”.

Oyunun birinci hissəsinin sonlarında sol ayağından zədələnən Aquero meydanı erkən tərk edib və onu Qabriel Jesus əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button