Ansi Aqollidən Azərbaycana dəstək: “Gəncə güclüdür”

“Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli bir neçə gün əvvəl ermənilər tərəfindən Gəncədə törədilmiş terrorla bağlı paylaşım edib.

Komanda.az xəbər verir ki, albaniyalı futbolçu terrordan sonra Gəncədə çəkilən fotonu “Ganja strong, pray for Ganja” (Gəncə, güclüdür, Gəncə üçün dua edin) sözləri ilə paylaşıb.

Oktyabrın 11-də Ermənistan silahlılarının Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 9 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button