
Ançelottidən millinin futbolçusuna dəstək: “Güclü ol”
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti ağır zədə alan “Real”ın hücumçusu Rodriqoya dəstək mesajı ünvanlayıb.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis sosial şəbəkə hesabında braziliyalı futbolçuya müraciətlə belə yazıb:
“Bərpa prosesinin hər mərhələsində səninləyik. Güclü ol, Rodriqo”.
Rodriqo sağ dizinin ön çarpaz bağını və lateral (diz oynağının yan tərəfi) meniskini qırıb. Onun bərpa müddətinin təxminən 10 ay çəkəcəyi bildirilir. O, bu səbəbdən cari mövsümün qalan hissəsini buraxacaq və 2026-cı il dünya çempionatında iştirak edə bilməyəcək.
Zədə La Liqanın 24-cü turunda, “Real”ın “Xetafe”yə məğlub olduğu (0:1) matçda qeydə alınıb. 25 yaşlı hücumçu qarşılaşma zamanı xəsarət alsa da, oyunu davam etdirə bilmişdi. Ağır zədənin miqyası isə tibbi müayinələrdən sonra dəqiqləşib.
Bizi Facebook-da izləyin



