Ançelotti ilə Braziliya millisi arasında danışıqları onlar aparır

Keçmiş futbolçular Kaka və Ronaldo “Real”ın baş məşqçisi Karlo Ançelottini Braziliya millisinə rəhbərlik etməyə razı salmağa çalışır.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Braziliya millisinin keçmiş oyunçuları yığmanın italiyalı mütəxəssisi dəvət etmək məsələsində əsas rol oynayır. Onlar Braziliya Futbol Konfederasiyası adından 63 yaşlı məşqçi ilə danışıq aparırlar.

Ançelotti mövsümün sonunda “Real”dan ayrılacağı təqdirdə, Braziliya millisinə rəhbərlik etməyə hazırdır. O, mövsümün sonunda qovulmayacağı halda, “kral klubu”nda qalmaq istəyir.

İtaliyalı məşqçinin “Real”dakı gələcəyi böyük ölçüdə komandanın Çempionlar Liqasındakı nəticələrindən asılıdır. Madrid klubu ardıcıl ikinci dəfə kuboku qazansa, o zaman Ançelotti ilə 2024-cü ilə qədər hesablanan müqavilə hətta uzadıla bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button