Ançelotti: “Evə xoşbəxt qayıdırıq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının Çempionlar Liqasının 1/8 final mərhələsinin “Leyptsiq”lə oyunda (1:0) qazandığı qələbəni şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis oyunun heç-heçə başa çata bilmə ehtimalını da söyləyərək, minimal da olsa, qələbənin vacibliyini vurğulayıb:

“Matç gözlənildiyi kimi çətin keçdi. Daha yaxşı qalib gələ bilərdik, amma heç-heçə də ola bilərdi. Evə xoşbəxt qayıdırıq. Nəticə əldə etməyin çətin olduğu səfər oyununda “Real” cüzi üstünlük əldə etdi. Bir az üstünlüyümüz olsa da, qarşıdurmanın qalibi hələ məlum deyil. İlk oyunun belə başa çatmasından məmnunuq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button