
Amorim az şans verdiyi futbolçu haqda danışdı
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim oyun vaxtı çatmayan yarımmüdafiəçi Kobbi Mainu ilə bağlı fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sıx oyun qrafiki fonunda ingilis futbolçunu dekabr ayında daha tez-tez meydana çıxarmağı planlaşdırıb-planlaşdırmadığı sualına cavab verib:
“Baxarıq. Mainu haqqında danışa bilərik, yaxud da çox oynamayan Uqarteni qeyd edə bilərik. Zirkzee mövqeyindəki zədə problemləri səbəbindən daha tez-tez oynamağa başlayıb, bunu başa düşməliyik. Hər kəs fürsət düşəndə özünü sübut etməyə hazır olmalıdır. Mən adlara baxmıram, sadəcə qalib gəlmək istəyirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



