
Adı “Barselona” ilə hallanan Alvaresin agentindən açıqlama
“Atletiko”nun hücumçusu Xulian Alvaresin agenti Fernando İdalqo futbolçunun “Barselona”ya mümkün transferi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, argentinalı forvardın agenti məsələyə aydınlıq gətirib:
“Alvaresi heyətinə qatmaq istəyən hər kəs “Atletiko” ilə əlaqə saxlamalıdır. Onun klubu ilə qüvvədə olan müqaviləsi var və o, tam şəkildə hazırkı komandasına fokuslanıb. Deku (“Barselona”nın idman direktoru) ilə görüş? Bu, yalandır. Son vaxtlar onunla heç bir görüşümüz olmayıb”.
Alvaresin Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



