Alonso Ardanın ağır oyunlara hazır olmadığını düşünür?

“Real”ın yarımmüdafiəçisi Arda Gülər İspaniya La Liqasında “Elçe” ilə keçirilən qarşılaşmada start heyətdə yer alıb, ancaq komandasını xal itkisinə düçar olmaqdan qoruya bilməyib – 2:2.

Türkiyəli futbolçu 64-cü dəqiqəyədək meydanda olub, sonra isə əvəzlənib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub daxilində – xüsusilə də baş məşqçi Xabi Alonsoda belə bir fikir formalaşıb ki, 20 yaşlı yarımmüdafiəçi hələlik yüksək riskli, ağır matçlarda oyunun gedişatını idarə etmək gücündə deyil.

Maraqlıdır ki, vaxtilə bənzər tənqidlər elə Alonsonun özünə qarşı da səsləndirilirdi.

Arda cari mövsümdə “kral klubu”nun heyətində 17 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button