Almeyda “Qarabağ”a necə qayıdır?


Futbol üzrə Azərbaycan yığmasının və Qazaxıstanın “Astana” klubunun yarımmüdafiəçisi Riçard Almeydanın “Qarabağ”a dönüşü gerçəkləşmək üzrədi.

Komanda.az xəbər verir ki, Qazaxıstan klubu braziliyalı futbolçunu satmaq istəməsə də, onun “Qarabağ”a qayıtmasının da əleyhinə deyil. Belə ki, Ağdam klubu sabiq yarımmüdafiəçisini 1 illik icarəyə götürməyə hazırlaşır.

Əldə etdiyimiz məlumata görə, Almeyda bazar gunu “Qarabağ”ın Antalyadakı toplanışına qatılacaq.

Riçard Almeyda 2012-2018-ci illər aralığında məhz “Qarabağ”da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button