“Poqbanın klubunda daha yaxşı olması üçün nə etmək lazımdır?”

Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Bastian Şvaynştayger Fransa yığmasının üzvü Pol Poqba haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi, Poqbanın “Mançester Yunayted”də kifayət qədər yaxşı çıxış etmədiyini deyib:

“Poqba Fransa yığmasının ən yaxşı oyunçusudur. Orda hər zaman yüksək səviyyədə oynayır. Ancaq “Mançester Yunayted”də eyni performansı göstərə bilmir. Poqbanın klubunda daha yaxşı olması üçün nə etmək lazımdır? Məncə, onunla əlaqələri yaxşılaşdırmaq və nə istədiyini bilmək lazımdır.

Poqba və Zlatan İbrahimoviçlə birlikdə oynamağı çox istədim. Bu futbolçular hər zaman oyunun gedişatını dəyişə biləcək gücdədirlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button