“Bavariya” futbolçusuna yeni müqavilə təklif etdi

Almaniyanın “Bavariya” klubu futbolçusu Yozua Kimmixə yeni müqavilə təklif edib.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi 26 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddətini 2026-cı ilin yayına qədər artırmaq istəyir. Bu barədə “Bild” nəşri məlumat yayıb. “Bavariya” alman futbolçu ilə danışıqlara başlayıb.

2015-ci ilin yayından “Bavariya”da çıxış edən Kimmixin hazırkı müqaviləsi 2023-cü ilin iyuluna qədərdir.