“Ayntraxt”ın futbolçusu avropalıların “radar”ında

Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Evan Ndika Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə İngiltərədən “Liverpul”, “Arsenal”, İtaliyadan “Milan” və “İnter” maraqlanır.

“Ayntraxt”la 2023-cü ilin yayına qədər müqaviləsi olan Ndikanın transfer dəyəri 25 milyon avrodur.

Fransız müdafiəçi bu mövsüm Frankfurt təmsilçisiylə 15 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button