Feliks Brix beynəlxalq karyerasını bitirir

Almaniyalı FİFA referisi Feliks Brix beynəlxalq arenadakı karyerasını bitərəcək.

Komanda.az xəbər verir ki, bu barədə 45 yaşlı referi “Bild” nəşrinə açıqlamasında deyib:

“Başqa bir turnirdə işləməməyə və ilin sonunda beynəlxalq karyeramı bitirməyə qərar verdim. Lakin Bundesliqada çalışacam və yeni mövsümün startını səbirsizliklə gözləyəcəm”.

Feliks Brix 2017-ci ildə Çempionlar Liqasının “Yuventus” (İtaliya) və “Real” (İspaniya) komandaları arasında keçirilən final matçını (1:4) idarə edib.

Brix AÇ-2020-də beş oyunu idarə edib. Alman referi İtaliya və İspaniya milli komandaları arasında keçirilən yarımfinal matçının (1:1, penaltilər 4:2) da baş hakimi olub.