Bundesliqada ayın ən yaxşı futbolçusu bilindi

Almaniya Bundesliqasında dekabrın ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Leyptsiq”in hücumçusu Timo Vernerdir. Bu barədə Bundesliqanın mətbuat xidməti məlumat yayıb. Verner ötən ay Bundesliqada iştirak etdiyi 3 oyunda 5 qol vurub.

Bundesliqada dekabrın ən yaxşı futbolçusu mükafatına Vernerlə yanaşı, Dortmund “Borussiya”sından Ceydon Sanço, Marko Roys, “Auqsburq”dan Filipp Maks, “Ayntraxt”dan Filip Kostiç və “Bavariya”dan Filippe Koutinyo namizəd idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button