Alaba İtaliya klubuna keçə bilər

“Real”ın müdafiəçisi David Alaba karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “deadlinedaylive”-ə istinadən xəbər verir ki, avstriyalı futbolçu ilə “Yuventus” maraqlanır. Turin klubu onu azad agent kimi heyətinə qatmaq imkanını dəyərləndirir.

33 yaşlı müdafiəçi 2021-ci ilin yayından etibarən “Real”ın formasını geyinir.

Hazırda Alabanın transfer dəyəri 3,5 milyon avro qiymətləndirilir. O, cari mövsümdə İspaniya La Liqasında 9 oyunda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button