
Alaba narazıdır
“Real”ın müdafiəçisi David Alaba komandadakı mövqeyindən narazıdır.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
33 yaşlı futbolçu özünü oynamağa hazır hesab edir və baş məşqçi Alvaro Arbeloanın ona müntəzəm şans verməməsindən ciddi şəkildə narahatdır. Avstriyalı müdafiəçi etimadsızlığın səbəbini anlamır və bu məsələ ilə bağlı fikrini məşqçiyə birbaşa çatdırıb.
Arbeloanın təyinatından sonra Alaba cəmi 4 dəfə meydana çıxıb. Ancaq bütün hallarda o, oyuna son dəqiqələrdə əvəzetmə ilə qoşulub.
İspaniyalı mütəxəssis ötən ayın ortalarında baş məşqçi postuna gətirilib və həmin vaxt istefaya göndərilən Xabi Alonsonu əvəzləyib. Onun “Real”la müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq və uzadılması inandırıcı görünmür.
Bizi Facebook-da izləyin



