AFFA U-21 millisinin baş məşqçisini dəyişir – Təyinatı tezliklə açıqlanacaq

AFFA iki milli komandanın baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır.

Komanda.az-ın əldə etdiyi məlumata görə, U-21 millisinin nəticələri və çıxışı AFFA rəhbərliyini qane etmir. Bu üzdən, baş məşqçi Rəşad Eyyubovla yolların ayrılması qərara alınıb. Onu bu postda kimin əvəzləyəcəyi də məlumdur. Hazırda 2-ci Liqa təmsilçisi “Xankəndi”ni çalışdıran Zaur Hacıyev U-21 komandasının baş məşqçisi təyin olunacaq. Hacıyev daha əvvəl “Qəbələ”, “Karvan-Yevlax” kimi klublarda məşqçi kimi çalışıb.

U-21 bu gün Avropa çempionatının seçmə mərhələsinin oyununda Portuqaliyaya 0:4 hesabı ilə məğlub olub.

Bundan başqa, AFFA “Karvan-Yevlax”ın sabiq baş məşqçisi Azər Həşimovu da U-15 millisinin “sükanı arxasına” gətirməyi planlaşdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button