
AFFA rəsmisi UEFA-dan təyinat alıb
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin Kosovo – Cəbəllütariq oyununun UEFA nümayəndəsi olacaq.
C Liqasının 2-ci qrupunun 1-ci turu çərçivəsində keçiriləcək görüş martın 3-də, Priştinada yerləşən “Fadil Vokrri” stadionunda təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



