
Ehtiram Quliyevin açıqlamasına görə “Turan Tovuz” 15000 manat cərimələndi
AFFA İntizam Komitəsi “Turan Tovuz” klubunu 20 000 manat cərimələyib.
Komanda.az xəbər verir ki, bu barədə qərar qurumun sonuncu iclasında qəbul edilib.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu – “Turan Tovuz” – “Zirə” qarşılaşması zamanı tovuzlu azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəbindən qərb təmsilçisi 5000 manat məbləğində cərimələnib.
Bundan başqa, oyun bitdikdən sonra “Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev “AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə” onun klubu 15000 manat cərimələnib.
Həmin matçda “Zirə”nin 4 üzvü sarı vərəqə aldığı üçün paytaxt klubu 700 manat ziyana düşüb.
Bizi Facebook-da izləyin



