AFFA De Byazini yola salır!

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə müqavilə müddəti uzadılmayacaq.

Noyabrın 22-də AFFA İcraiyyə Komitəsinin məsələ ilə bağlı iclası keçiriləcək.

Komanda.az-ın əldə etdiyi məlumata görə iclasda milli komandanın AÇ-2024-ün seçmə mərhələsindəki çıxışı müzakirə olunacaq. Həmçinin italiyalı mütəxəssisin Belçika ilə son matçın (0:5) ardından idman jurnalistləri barədə səsləndirdiyi xoşagəlməz fikirlər müzakirə olunacaq. De Byazi idman jurnalistləri haqda “axmaq” ifadəsi işlədib.

Uğursuz nəticələr və davranışındakı problemlərə görə AFFA rəhbərliyinin De Byazi ilə noyabrın sonuna qədər olan müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul edəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button