AFFA-dan “Göygöl”ün baş məşqçisinə 10 oyunluq cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 2-ci Liqanın 9-cu turunda keçirilən oyunlardakı qayda pozuntuları ilə bağlı qərarlar da verilib.

“Göygöl” – “Şəki Siti” oyununun 82-ci dəqiqəsində “Göygöl”ün baş məşqçisi Araz Mansurov köməkçi hakimə fiziki təzyiq göstərdikdən, ardınca təhqir etdikdən sonra meydançaya daxil olaraq matçın baş hakiminə fiziki təzyiq göstərdiyinə, onu təhqir etdiyinə görə 10 oyun cəzalanıb, “Göygöl” 2000 manat cərimə edilib. 

Matçın 83-cü dəqiqəsində şəxsiyyəti müəyyən olunmamış şəxslərin meydançaya daxil olaraq oyunun hakimlərinə fiziki təzyiq göstərməsi, ardınca baş hakim tərəfindən görüşün yarımçıq dayandırılmasına görə “Göygöl” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. “Göygöl” 500 manat cərimə edilib və komandaya növbəti ev oyununu azarkeşsiz keçirmək sanksiyası tətbiq edilib. Bu sanksiya 2-ci Liqa oyununa aiddir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button