AFFA 3 komandaya texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi üç komandaya texniki məğlubiyyət verib.

Komanda.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA U-14 Qızlar Liqasında keçirilməli olan “Sumqayıt” – “Pirallahı” oyunu qonaq komandanın futbolçu sayının yetərli olmaması səbəbindən baş tutmayıb. Bu səbəbdən, “Pirallahı” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni liqanın digər matçında “Kür Samux” komandası “Mingəçevir” ilə oyuna təyin olunmuş vaxtda gəlmədiyi üçün texniki məğlubiyyət alıb.

Bundan başqa, futzal üzrə Azərbaycan Yüksək Liqasında “Şuşa” – U-19 görüşündə Şuşa təmsilçisi təyin olunan vaxtda meydana çıxmadığına görə 0:5 hesablı texniki məğlubiyyətlə üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button