Türkiyə klubu rus futbolçu ilə vidalaşdı

Türkiyənin “Adana Dəmirspor” klubu Rusiya millisinin futbolçusu Artyom Dzyuba ilə yollarını ayırıb.

Komanda.az “NTV Spor”-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Dzyuba avqust ayında Adana təmsilçisi ilə 1+1 illik müqavilə imzalamışdı. O, komandanın heyətində meydana çıxdığı 5 qarşılaşmada 1 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button