AÇ: Aytən Əliyeva 6-cı oldu

Moldovanın paytaxtı Kişinyovda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir.

Komanda.az xəbər veirir ki, yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir.

Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Bu gün körpücük üzərinə Aytən Əliyeva çıxıb. O, yaşı 15-ə qədər olan qızlar arasında 59 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz toplam 140 kq (64+76) nəticə ilə 6-cı yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button