AÇ-2024: Serbiya millisi də final mərhələsinə vəsiqə qazandı

AÇ-2024-ün seçmə mərhələsində sonuncu – 10-cu tur start götürüb.

Komanda.az xəbər verir ki, 9 oyunla A, F, G və J qruplarında mübarizəyə yekun vurulub.

Son tur ərəfəsində bu qruplarda İspaniya, Şotlandiya, Avstriya, Belçika, Macarıstan, Portuqaliya və Slovakiya final mərhələsinə vəsiqəni rəsmiləşdirmişdi. Onlara Serbiya da qoşulub. Serblər evdə autsayder Bolqarıstanla heç-heçə edərək, G qrupunu 2-ci pillədə tamamlayıblar.

Azərbaycan millisinin yer aldığı F qrupunda isə Belçika 1-ci, Avstriya isə 2-ci yerlə final mərhələsinə yüksəlib.

AÇ-2024, seçmə mərhələ, 10-cu tur

19 noyabr

A qrupu
23:45. Şotlandiya – Norveç 3:3
23:45. İspaniya – Gürcüstan 3:1
Xal: İspaniya – 21, Şotlandiya – 17, Norveç – 11, Gürcüstan – 8, Kipr – 0

F qrupu
21:00. Belçika – Azərbaycan 5:0
21:00. İsveç – Estoniya 2:0
Xal: Belçika – 20, Avstriya – 19, İsveç – 10, Azərbaycan – 7, Estoniya – 1

G qrupu
18:00. Macarıstan – Monteneqro 3:1
18:00. Serbiya – Bolqarıstan 2:2
Xal: Macarıstan – 18, Serbiya – 14, Monteneqro – 11, Litva – 6, Bolqarıstan – 4

J qrupu
23:45. Bosniya və Herseqovina – Slovakiya 1:2
23:45. Lixtenşteyn – Lüksemburq 0:1
23:45. Portuqaliya – İslandiya 2:0
Xal: Portuqaliya – 30, Slovakiya – 22, Lüksemburq – 17, İslandiya – 10, Bosniya və Herseqovina – 9, Lixtenşteyn – 0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button