AÇ-2024: Bu gün daha bir komanda final mərhələsinə vəsiqə qazanacaq

Bu gün AÇ-2024-ün seçmə mərhələsində son tura start veriləcək.

Komanda.az xəbər verir ki, 9 oyunla A, F, G və J qruplarında mübarizə başa çatacaq.

Son tur ərəfəsində bu qruplarda İspaniya, Şotlandiya, Avstriya, Belçika, Macarıstan, Portuqaliya və Slovakiya final mərhələsinə vəsiqəni rəsmiləşdiriblər. Bu gün yalnız G qrupunda bir komanda onlara qoşulacaq. Bu isə ya Serbiya, ya da Monteneqro olacaq.

Serblər doğma meydanda autsayder Bolqarıstana məğlub olmasalar, AÇ-2024-ə vəsiqə qazanacaqlar. Monteneqro isə Almaniyadakı qitə birinciliyinə yollanmaq üçün Macarıstana qalib gəlməli və Serbiyanın uduzmasını gözləməlidir.

AÇ-2024, seçmə mərhələ

19 noyabr

A qrupu
23:45. Şotlandiya – Norveç
23:45. İspaniya – Gürcüstan
Xal: İspaniya – 18, Şotlandiya – 16, Norveç – 10, Gürcüstan – 8, Kipr – 0

F qrupu
21:00. Belçika – Azərbaycan
21:00. İsveç – Estoniya
Xal: Avstriya – 19, Belçika – 17, İsveç – 7, Azərbaycan – 7, Estoniya – 1

G qrupu
18:00. Macarıstan – Monteneqro
18:00. Serbiya – Bolqarıstan
Xal: Macarıstan – 15, Serbiya – 13, Monteneqro – 11, Litva – 6, Bolqarıstan – 3

J qrupu
23:45. Bosniya və Herseqovina – Slovakiya
23:45. Lixtenşteyn – Lüksemburq
23:45. Portuqaliya – İslandiya
Xal: Portuqaliya – 27, Slovakiya – 19, Lüksemburq – 14, İslandiya – 10, Bosniya və Herseqovina – 9, Lixtenşteyn – 0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button