AÇ-2024: Azərbaycan millisi Avstriyaya məğlub oldu

Azərbaycan millisi bu gün AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, milli komanda Bakıda Avstriya yığmasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun Azərbaycan yığmasının məğlubiyyəti ilə bitib.

F qrupunun digər matçında qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Belçika İsveçi qəbul edəcək.

Qrupda 6 oyundan sonra Belçika 16 xalla liderdir. Avstriya 16 xalla ikinci, İsveç 6 xalla üçüncü, Azərbaycan 4 xalla 4-cü sıradadır. Bir xalı olan Estoniya isə sonuncu pillədədir.

AÇ-2024, seçmə mərhələ, 8-ci tur
16 oktyabr

Azərbaycan – Avstriya 0:1
Qol: Marsel Zabitser, 48-pen.
Qırmızı vərəqə: Quido Burqstaller, 90+4.
Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rəşad Əzizli, 2. Cəlal Hüseynov, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Nəriman Axundzadə, 15. Rüstəm Əhmədzadə, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.
Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Ksaver Şlager, 6. Nikolas Seyvald, 7. Saşa Kalaydziç, 10. Florian Qrilliç, 15. Filipp Linhart, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksander Prass, 20. Konrad Laymer (k).
Ehtiyat oyunçular: 1. Nikls Hedl, 13. Patrik Pents, 3. Quido Burqstaller, 5. Samson Baydo, 8. Marko Qrüll, 9. Marsel Zabitser,  11. Manprit Sarkariya, 14. Deyan Lyubiçiç, 19. Kristof Baumqartner, 21. Patrik Vimmer, 22. Mattias Seydl, 23. Məhəmməd Çam.
Baş məşqçi: Ralf Ranqnik.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button