AÇ-2020: Belçika – Portuqaliya matçının hakimləri açıqlandı

AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçiriləcək Niderland – Çexiya və Belçika – Portuqaliya matçlarının təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, Macarıstanda oynanılacaq Niderland – Çexiya qarşılaşmasını Rusiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Sergey Karasev olacaq. Ona yan xətt hakimləri İqor Demeşko və Maksim Qavrilin kömək edəcəklər. Dördüncü hakim funksiyasını fransalı Stefan Frappart yerinə yetirəcək.

İspaniyada keçiriləcək Belçika – Portuqaliya oyunu Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Feliks Brix olacaq. Ona yan xətt hakimləri Mark Borş və Stefan Lupp kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bolqarıstandan olan Georgi Kabakov yerinə yetirəcək.

Hər iki oyun iyunun 27-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button