ABŞ səfirliyindən Nəriman Axundzadəyə təbrik

ABŞ-ın Azərbaycandakı səfirliyi milli komandanın üzvü Nəriman Axundzadənin Ohayo ştatını təmsil edən “Kolambus Kru” klubuna transfer olması münasibətilə təbrik postu paylaşıb.

Komanda.az xəbər verir ki, paylaşımda belə deyilir:

“Azərbaycanlı futbol ulduzu Nəriman Axundzadəni ABŞ-n Ohayo ştatını təmsil edən “Kolambus Kru” klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik! “Qarabağ”ın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ MLS-i ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur”.

Səfirlik həmçinin, “Qarabağ”a “Nyukasl”la bu axşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə də arzu edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button