“Bayern”də ötən mövsümün ən yaxşı futbolçusu bilindi

“Bayern”in almaniyalı yarımmüdafiəçisi Camal Musiala 2022/2023 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermədə 20 yaşlı yarımmüdafiəçi 46 faiz səs toplayıb.

Matteys de Liqt 2-ci (28,3 faiz), Tomas Müller 3-cü (8,2 faiz) olub.

Musiala 2022/2023 mövsümündə Almaniya çempionatında 33 oyuna çıxıb və 12 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button