Keçmiş xanımından İkardiyə: “Qızlarını düşün”

Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara maliyyə mübahisəsi ilə bağlı məhkəmə qərarından sonra futbolçuya sərt cavab verib.

Nara daha əvvəl “Qalatasaray”, PSJ və “İnter”in argentinalı sabiq hücumçusunun ona müvəqqəti aliment kimi hər ay 250 min avro ödəməsini tələb etmişdi. Ancaq iyunun əvvəlində məhkəmə bu tələbi rədd etmişdi. Dünən isə İkardi Naranın apellyasiya şikayətinin də təmin olunmadığını açıqlamışdı.

Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçunun açıqlamasından sonra Vanda Nara sosial şəbəkə hesabında paylaşım edərək, bunları yazıb:

“Bu gün İtaliya məhkəməsi bildirdi ki, kompensasiya ilə bağlı qərar yalnız boşanma prosesi tam başa çatdıqdan sonra veriləcək. Bu, məntiqlidir. Çünki mənim işim var, qarşı tərəfin isə yoxdur. Hər halda, yekun qərar çıxarılanda kompensasiya almaq hüququm olduğu aydındır.

Əzizim, özünə bir iş tap və məzuniyyət zamanı məni düşünməyi dayandır. Avqustun 3-də dərsləri başlayacaq qızlarını düşün. Onlar artıq sənin onlardan oğurlanan əşyaları geri qaytarmaqdan imtina etdiyinə görə məyus olduqlarını bildiriblər”.

İkardi bu yay “Qalatasaray”dan ayrılandan sonra hələ ki, klubsuzdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button